2024-cü ilin əsas elmi göstəriciləri - HESABAT
8314 məqalə və tezis nəşr edilmişdir. Bunlardan 3267-si xaricdə çap olunmuş və 1158-i Web of Science və Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda yer almışdır. Elmi işçilərin əsərlərinə ümumilikdə 50,9 min istinad olunmuşdur.

2024-cü ilin elmi-tədqiqat nəticələrinə görə, elmi müəssisələrdə 172 elmi problem üzrə 483 mövzu müəyyən olunmuş və 1718 elmi-tədqiqat işi aparılmışdır. Bundan əlavə, 36 tətbiq olunmuş iş həyata keçirilmiş, 68 qrant əldə olunmuş (bunlardan 5-i xarici mənbələrdən alınmışdır) və 47 patent əldə edilmiş, bunlardan 2-si xarici ölkələrdə qeydiyyatdan keçmişdir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında ümumi məlumat öz əksini tapıb.
Hesabat ilində bütün elmi bölmələr üzrə elmi müəssisələrdə 172 elmi problem üzrə 483 mövzu əsasında 1718 elmi-tədqiqat işi aparılmışdır. 2024-cü ildə elmi müəssisələrdə çalışan alimlər tərəfindən 537 kitab və monoqrafiya, 8314 məqalə və tezis nəşr edilmişdir. Bunlardan 3267-si xaricdə çap olunmuş və 1158-i Web of Science və Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda yer almışdır. Elmi işçilərin əsərlərinə ümumilikdə 50,9 min istinad olunmuşdur.
2024-cü ildə dərc olunmuş elmi-tədqiqat işləri isə aşağıdakı kimidir:
Məqalə və tezis: 8314
Xaricdə çap olunmuş məqalə və tezis: 3267
WoS və Scopusda dərc olunan məqalə və tezis: 1158
Çap olunmuş kitab və monoqrafiyalar: 537
Elmi əsərlərə edilən istinadlar: 50943